Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Alternativ su mənbələrindən istifadə praktikasının genişləndirilməsi" mövzusunda maarifləndirici tədbir keçirilmişdir

0

  • 06.07.2022-cı il tarixdə 7 nömrəli Regional Sukanal İdarəsinin Xocalı Sukanal sahəsinin təşkilatçılığı, Xocalı rayon İcra Hakimiyyətinin dəstəyi ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan əhali arasında “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin  22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamının 1.1.16. bəndinin icrası ilə əlaqədar, yəni "Alternativ su mənbələrindən istifadə praktikasının genişləndirilməsi" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə çıxış edən  7 nömrəli Regional Sukanal İdarəsinin Xocalı Sukanal sahəsinin rəisi Ramil Rüstəmov hesabat xarakterli məruzə ilə çıxış edərək xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Börü, Meşəli qəsəbələrində əhalinin içməli su ilə təminat səviyyəsinin yaxşılaşması istiqamətində görülən işlər barədə məlumat verdi. Bildirdi ki, idarənin daxili imkanları hesabına Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Börü və Meşəli qəsəbələrində boru xətlərində cari təmir və bərpa işləri aparılmışdır. İl ərzində qəsəbədaxili küçələrdə müxtəlif diametrli su boru xətləri dəyişdirilmişdir. Çıxış edənlər tərəfindən son dövrlərdə iqlim dəyişikliyi səbəbindən, havaların quraq keçməsi ilə çaylarda, yeraltı mənbələrdə suyun həcminin azalmasına görə əkin torpaqlarının suvarılmasında müəyyən çətinliklər yaratdığını və belə halların qarşısının alınması üçün yerlərdə mövcud su ehtiyatlarından məişətdə və kənd təsərrüfatında səmərəli, qənaətli istifadənin təmin edilməsinin vacibliyi qeyd olunmuş, ənənəvi suvarma sistemlərinin yeni və müasir intensiv suvarma sistemləri ilə əvəz olunması istiqamətində işlərin görülməsi üçün tövsiyələr verilmiş, təkliflər səsləndirilmiş, eyni zamanda təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdırO cümlədən tədbir iştirakçılarının fikir və təklifləri dinlənilmiş, iştirakçılara maraqlı olan suallar dolğun cavablandırılmışdır.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib21 dəfə
    "Alternativ su mənbələrindən istifadə praktikasının genişləndirilməsi" mövzusunda maarifləndirici tədbir keçirilmişdir

    Maraqlı gələ bilər
    69
    44
    44
    52
    48
    56
    147